Netanyahu 18 aydan çoxdur baxılan korrupsiya işi üzrə ifadəsini yekunlaşdırır

Netanyahu 18 aydan çoxdur baxılan korrupsiya işi üzrə ifadəsini yekunlaşdırır

İsrailin Baş naziri Benyamin Netanyahu 3 korrupsiya işi üzrə 98 dinləmə çərçivəsində əsas və çarpaz dindirməni yekunlaşdıraraq sonuncu dəfə ifadə verir.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Netanyahunun şahid qismində ifadə verməsinin ilk günü 2024-cü il dekabrın 10-na təyin edilmişdi, lakin onun ifadəsi səhhətindəki problemlər, xaricə diplomatik səfərlər, eləcə də Baş nazirin diqqətini tələb edən təxirəsalınmaz təhlükəsizlik məsələləri və diplomatik zərurətlə əlaqədar dinləmələrin ləğv edilməsi və azaldılması barədə çoxsaylı xahişlər səbəbindən dəfələrlə təxirə salınmışdı.

"Məqsəd hər şeyi diqqətlə yoxlamaq, nəsə tapmaq idi; onlar heç nə tapmadılar. Onlar ağlasığmaz dindirmə üsullarından istifadə edərək mənim bütün qohumlarımı və ailə üzvlərimi dindirdilər. Ailələri dağıtdılar. Cinayət yox, insan axtarırdılar və heç nə tapmadılar", - Netanyahu deyib.

Netanyahu üç dələduzluq və qanunvericiliyin pozulması bəndi, həmçinin KİV-də fəaliyyətinin müsbət işıqlandırılması üçün rüşvət almaqla bağlı bir bənd üzrə ittiham olunur.

Qalan şahidlər ifadə verənə qədər məhkəmə prosesinin daha bir neçə ay davam edəcəyi gözlənilir.

"Cebheinfo.az"