Yer kürəsində geomaqnit aktivliyinin artması ehtimal olunur - VİDEO
İyunun 24-də və 25-də planetimizdə zəif dərəcəli maqnit qasırğasına çevrilmə ehtimalı olan geomaqnit dalğalanmaları gözlənilir.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
"Yer kürəsi hazırda Günəş küləyinin yüksəksürətli "qolundan" keçməkdədir ki, bu da animasiyalarda öz əksini tapır. Səhər saatlarından etibarən sürət az da olsa, artmağa başlayıb. Bununla bağlı olaraq, bu gün və sabah geomaqnit sahəsində pozuntuların yaranması istisna edilmir. Təqribən 30 faiz ehtimalla bu prosesin zəif maqnit qasırğasına qədər inkişaf edəcəyi gözlənilir", - deyə açıqlamada bildirilir.
Bundan əlavə, qeyd olunub ki, Günəşdə orta səviyyədə aktivlik müşahidə edilir.
"Cebheinfo.az"

