Paşinyan: “Xalq nə qərar versə, onu da edəcəyəm”
“Xalq nə qərar versə, onu da edəcəyəm”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verdikdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, vətəndaşlar qərar verərkən dövlətçiliyi, müstəqilliyi, sülhü və övladlarının gələcəyini qorumaq ehtiyacını rəhbər tutmalıdırlar.
"Xalq seçim edərkən dövləti, müstəqilliyi, sülhü və övladlarımızın gələcəyini qorumaq ehtiyacını rəhbər tutmalıdır", - deyə Paşinyan bildirib.
Hökumət başçısı Ermənistan-Rusiya münasibətlərinə münasibət bildirərkən bildirib ki, ölkələr arasında heç bir gərginlik yoxdur və mövcud problemlərdən danışmaq sünidir.
Baş nazir deyib:
“Ermənistanda fəaliyyət göstərən müəyyən qüvvələr Ermənistanla Rusiya arasındakı münasibətlərdə gərginlik yaratmağa çalışırlar”.
Xəzər
“Cebheinfo.az”

