ABŞ Hərbi Hava Qüvvələri 500 000 dollarlıq raketlə skaut şarını vurub

ABŞ Hərbi Hava Qüvvələri 500 000 dollarlıq raketlə skaut şarını vurub

ABŞ-nin Hərbi Hava Qüvvələri 2023-cü ilin fevralında təxminən 500 000 dollar dəyərində raketlə naməlum uçan obyekti (UNO) vurub və sonradan onun skaut şarı olduğu müəyyən edilib.

"Cebheinfo.az"ın xəbərinə görə, bu barədə "New York Post" qəzeti Pentaqonun Anomal Hadisələrin Tədqiqi İdarəsinin keçmiş direktoru Şon Kirkpatrikə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, hadisə Cənubi Karolina ştatı sahillərində Çin aerostatının məhv edilməsindən təxminən bir həftə sonra baş verib. Bundan sonra ABŞ hərbçiləri hava məkanında naməlum obyektlərin aşkarlanmasına daha fəal reaksiya verməyə başlayıb.

Qeyd olunur ki, şar tədqiqat layihəsinin bir hissəsi olaraq buraxılıb. Onu məhv etmək üçün təxminən 500 000 dollar dəyərində "AIM-9 Sidewinder" raketindən istifadə edilib. Bundan sonra obyektin heç bir təhlükə yaratmadığı müəyyən olunub.

"Cebheinfo.az"