Rusiya Ukraynanın iki mülki xilasetmə katerini VURUB

Rusiya Ukraynanın iki mülki xilasetmə katerini VURUB

Rusiya ordusu Qara dənizdə Ukraynanın iki mülki axtarış-xilasetmə katerinə hücum edib.

Bu barədə Ukrayna Baş nazirinin müavini, icmaların və ərazilərin inkişafı naziri Oleksiy Kuleba məlumat verib:

"Rusiya Ukrayna dəniz dəhlizi daxilində humanitar missiya yerinə yetirən Dəniz Axtarış-Xilasetmə Xidmətinin iki katerinə zərbə endirib. Təəssüf ki, yaralananlar var. Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqları tərəfindən təxliyə davam edir".

Nazir onu da qeyd edib ki, kiçik sahil axtarış-xilasetmə katerləri beynəlxalq humanitar hüquqa əsasən xüsusi qorunma altındadır.

Məlumata görə, hər iki kater beynəlxalq hüquqa uyğun olaraq müvafiq rənglər və Axtarış-Xilasetmə mənasını verən SAR işarələri ilə işarələnib.

"Cebheinfo.az"