Putinin güvəndiyi alman siyasətçi Moskvada: Diqqətlər bu görüşdə
Rusiya Prezidenti Vladimir Putin Almaniyanın sabiq kansleri Gerhard Şröder ilə Kremldə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün təkbətək və dostyana bir atmosferdə keçdiyini bildirib.
Uşakov "Təfərrüatları bilmirəm" ifadələrini işlədib.
Rusiya lideri daha əvvəl, mayın 9-da etdiyi açıqlamada Gerhard Şröderi Avropa İttifaqının (Aİ) Rusiya ilə apara biləcəyi mümkün danışıqlarda ən uyğun namizəd kimi dəyərləndirdiyini qeyd etmişdi.
Lakin Almaniya hökuməti və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Kaya Kallas bu ideyanı rədd etmişdi.
"Die Zeit" jurnalının yaydığı xəbərə görə, Almaniya hökuməti son bir neçə həftə ərzində Rusiya ilə mümkün danışıqlara hazırlaşıb.
Bu məlumatlar Putinlə Şröder arasındakı Kreml görüşünün dərhal ardınca gündəmə gəlib.
Nigar Hacılı
"Cebheinfo.az"


