Azərbaycan Ordusunun hərbçisi həlak olub - FOTO

Azərbaycan Ordusunun hərbçisi həlak olub - FOTO

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

"Cebheinfo.az"