Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb - YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə baş verən yanğın söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi tərəfindən ətraf əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

15.07

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kürdəmir rayonunda quru otluq ərazinin yanması ilə bağlı məlumat daxil olub.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

"Cebheinfo.az"