Üzündə bir dənə də qırış qalmayıb - FOTO

Üzündə bir dənə də qırış qalmayıb - FOTO

Hollivud aktrisası Keti Holms Tribeca Film Festivalındakı görüntüsü ilə diqqət çəkib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 46 yaşlı aktrisanın yeni fotoları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər və media nümayəndələri onun yaşından daha gənc göründüyünü qeyd ediblər.

Bu görüntülərdən sonra Holmsın estetik prosedurlar və ya plastik əməliyyat etdirdiyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Lakin aktrisa daha əvvəl verdiyi açıqlamalarda belə müdaxilələrə müraciət etmədiyini bildirib. Üzündə bir dənə də qırış olmaması müzakirələrə səbəb olub. 

Onun sözlərinə görə, gözəllik sirri sadə dəri baxımı və makiyajdan həddindən artıq istifadə etməməsidir.

Qeyd edək ki, aktrisa son illərdə ictimai tədbirlərdə daha tez-tez görünməyə başlayıb. Tom Kruzla boşandıqdan sonra qızı Surinin tərbiyəsinə üstünlük verən Holms uzun müddət diqqət mərkəzindən uzaq qalmışdı.

Hazırda qızı kollecdə təhsil aldığı üçün aktrisanın həm karyerasına, həm də özünə daha çox vaxt ayırdığı bildirilir.

"Cebheinfo.az"