Tramp: "İrana qarşı əməliyyat yaxın zamanda başa çatacaq"

Tramp: "İrana qarşı əməliyyat yaxın zamanda başa çatacaq"

ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən əməliyyatların yaxın zamanda başa çatacağını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Viskonsin ştatının kənd təsərrüfatı bölgələrinə səfəri çərçivəsində İranla bağlı prosesə münasibət bildirən Tramp, “İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bu ölkəyə qarşı hərbi addımlar atmaq məcburiyyətində qaldıq” deyə iddia edib.

Atəşkəs prosesinin gedişatı ilə bağlı da mesajlar verən Tramp, çox qısa müddət ərzində İrandan geri çəkiləcəklərini qeyd edib.

Tramp bildirib ki, bu geri çəkilmə ya əldə olunacaq bir razılaşma nəticəsində baş verə bilər, ya da “çox sərt üsulların tətbiqi” ilə reallaşa bilər.

O vurğulayıb ki, hər iki halda məqsədlərinə çatacaqlar.

Nigar Hacılı 
"Cebheinfo.az"