Göygöldə torpaq uçqunu: Avtomobil yolunda çətinliklər yarandı
Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb.
Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.
"Cebheinfo.az"


