Sevgili olduqlarını təsdiqlədi - FOTO

Sevgili olduqlarını təsdiqlədi - FOTO

"Taşacak bu deniz" serialının aktyorları Ali Öner Zeynep Atılqanın sevgili olduğu təsdiqlənib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə aktyor özü paylaşım edərək Zeyneplə sevgili olduqlarını etiraf edib.

"Həyatıma daxil olmuş heç kimin haqqını dana bilmərəm. Yaşanmışların bir haqqı, verilən əməyin bir dəyəri var. Bir şey bitəndə, geridə qalan hər şey dəyərsizləşmir. Həyatımda uzun müddət yer tutmuş bir münasibət, Zeyneplə aramızda yaxınlıq başlamazdan əvvəl sona çatmışdı. Bunu kimisə incitmək üçün deyil, yarım qalan bir həqiqəti tamamlamaq üçün deyirəm.

Zeyneplə aramızdakı hiss də düşünüldüyü kimi keçmişdən gələn, gizlədilən bir şey deyil. Eyni çəkiliş meydançasında, yorğunluğun və əməyin içində zamanla bir-birimizi tanıdıq. Əvvəlcə etibar yarandı. Sonra isə insanın adını dərhal qoya bilmədiyi, amma qəlbində yer açan bir yaxınlıq. Bizim münasibətimiz səs-küylə deyil, zamanla, sakitcə və öz-özünə yarandı. Yaşadıqlarımızı özəlimizdə saxlamağa çalışdıq.

Bu gün heç kimin daha çox üzülməsini istəmirəm. Nə keçmişimdə yeri olan insanın, nə bu gün yanımda olan insanın, nə də bizi sevənlərin. Mən həmişə keçmişi unutmayan, verilən əməyi qiymətləndirən və bacardığı qədər doğru qalmağa çalışan biri olmağa çalışdım. Qalanını zamanın daha doğru izah edəcəyinə inanıram".

Qeyd edək ki, bir müddət əvvəl "Gökhan" obrazını canlandıran Alinin eks-nişanlısı Livanur Aydına serialda "Fadime"ni ifa edən Zeyneplə xəyanət etdiyi ortaya çıxıb. (Axşam.az)

"Cebheinfo.az"