Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

Masallıda 18 yaşlı qız 11 gündür itkin düşüb

Masallıda 18 yaşlı qız itkin düşüb. 

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, rayonun Çaxırlı kənd sakini olan 2007-ci il təvəllüdlü Şəfa Fətullayeva may ayının 11-də saat 23 radələrində yaşadığı evdən çıxaraq itkin düşüb. 

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı daxil olmuş məlumat üzrə axtarış elan edilib: “Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür”.

"Cebheinfo.az"