Böyük hədəflərə hesablanmış addım: “Türk dövlətlərinin maliyyə asılılığını azaldacaq”

Böyük hədəflərə hesablanmış addım: “Türk dövlətlərinin maliyyə asılılığını azaldacaq”

“Macarıstanda Türk Dövlətləri Təşkilatı liderlərinin qeyri-rəsmi görüşü səmərəli olmaqla yanaşı, bir sıra məqamlarına görə böyük əhəmiyyət daşıyır. 

Prezident İlham Əliyevin çıxışı xüsusilə maraq doğurur. Cənab Prezident çıxışında bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı ilə bağlı çox aktual bir məsələni yenidən gündəmə gətirdi. Bu, o deməkdir ki, Azərbaycan özünün müstəqil iqtisadi-siyasi kursunu davam etdirərək, təşkilata üzv ölkələrin də bu yöndə addım atmasını istəyir”. 

Bunu “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov 21 may 2025-ci ildə Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə müzakirə edilən məsələlərə toxunaraq  deyib. 

O bildirib ki,  bu kimi düşünlümüş və böyük hədəflərə hesablanmış addımlar türk dövlətlərinin müxtəlif beynəlxalq maliyyə qurumlarından asılılığının azaldılmasında böyük rol oynayacaq: 

“Prezident İlham Əliyev bu fikri yenidən aktullaşdırmaqla, TDT-yə üzv olan ölkələrə daxili sərmayələr hesabına güclənmənin daha doğru yol olduğu ilə bağlı istiqamət vermiş oldu. Prezidentin bu məsələni yenidən gündəmə gətirməsi böyük hədəflərə hesablanmış fikir və ümumi təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, TDT-yə üzv ölkələr bu məsələyə xüsusi diqqət ayıracaqlar. 

Çünki təşkilata üzv ölkələrin hər birinin bu fonda gərəkli vəsait üçün iqtisadi potensialı və resursları var. Bu iqtisadi resurslar hesabına müstəqil, güclü bir fond yaratmaq və onun hesabına ehtiyacların qarşılanması mümkündür. Bu baxımdan, Cənab Prezidentin bu məsələnin aktuallığına toxunması həm region, həm də TDT ölkələrinin güclənməsi baxımından çox böyük əhəmiyyət daşıyır”.

“Cebheinfo.az”