Rutte Ukrayna üçün imkanlar pəncərəsindən danışıb

Rutte Ukrayna üçün imkanlar pəncərəsindən danışıb

NATO Baş katibi Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və Ukraynada sülhün bərpası üçün imkanlar pəncərəsi olduğunu bildirib.

Bu barədə Türkiyədə səfərdə olan Rutte “X” sosial şəbəkəsində yazıb.

“NATO-nun növbəti sammitinə hazırlıq çərçivəsində Ankarada Prezident Ərdoğanla əla görüş keçirdik. Biz həmçinin hazırda sülhə doğru irəliləyiş üçün real imkanlar pəncərəsi olan Ukraynanı da müzakirə etdik”, - o vurğulayıb.

Qeyd edək ki, Rutte Türkiyəyə NATO xarici işlər nazirlərinin Antalyada keçiriləcək qeyri-rəsmi görüşünə hazırlıq çərçivəsində səfər edib.

"Cebheinfo.az"