Hava hər il 50 min uşağı öldürür

İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi ölkədə havanın çirklənməsi səbəbindən hər il təxminən 50 min uşağın həyatını itirdiyini bildirib.
"Cebheinfo.az"-ın İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən məlumatına görə, Zəfərkəndi paytaxt Tehranda Şəhid Beheşti Universitetinin Tibb Fakültəsində keçirilən proqramda çıxış edib.
Zəfərkəndi "Ölkədə hər il təxminən 50 min uşaq hava çirkliliyi səbəbindən həyatını itirir",-deyib.
Cəmiyyətin bu məsələdən xəbərdar edilməsinə ehtiyac olduğunu vurğulayan Zəfərkəndi "Səhiyyə sahəsində bütün maraqlı tərəflər, xüsusilə tibb fakültələri ilk növbədə əhalinin sağlamlıq savadını artırmalıdır. Bu yolla hər il 30 min insanın ölümünə səbəb olan hava çirkliliyi və yol qəzaları kimi ətraf mühit faktorlarının təsirləri azaldıla bilər",- deyə vurğulayıb.
Nigar Hacılı
"Cebheinfo.az"