“Yuventus”dan Osimhen AÇIQLAMASI

İtaliyanın “Yuventus” klubunun hazırda “Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimheni transfer etmək istədiyinə dair iddialar yayılıb.
“Cebheinfo.az” xəbər verir ki, Turin təmsilçisindən məsələyə münasibət gecikməyib.
Belə ki, “Yuventus”un idman direktoru Kriştiano Cintoli “Beyaz TV”-yə açıqlama verib. O, Osimheni istədiklərinə dair yayılan xəbərləri təkzib edib:
“Viktor Osimheni istəmirik. Media təzyiq yaratmaq üçün belə xəbərlər hazırlayır. Lakin biz onunla maraqlanmırıq”.
Qeyd edək ki, nigeriyalı dünya ulduzu bu mövsüm “Qalatasaray”da meydana çıxdığı 38 matçda 33 qol vurub, 8 məhsuldar ötürmə edib.
Elmir
“Cebheinfo.az”