Çin sənaye inqilabına belə hazırlaşır

Çin süni intellektlə çalışan insanabənzər robotları sənayeyə gətirməklə istehsalatı tamamilə dəyişdirməyə hazırlaşır.
Məqsəd işçi çatışmazlığını aradan qaldırmaq, məhsuldarlığı artırmaq və gələcəyin “ağıllı fabriklərini” qurmaqdır.
"Cebheinfo.az" "Reuters"-ə istinadən xəbər verir ki, Pekin texnoloji startapları dəstəkləyərək bu sahəyə milyardlarla dollar sərmayə yatırır.
“AgiBot” və “Unitree” kimi şirkətlər artıq real şəraitdə istifadə oluna biləcək robotlar hazırlayıblar.
Onlar yalnız “maye tökmə” və ya “yük daşıma” kimi sadə işləri deyil, daha mürəkkəb tapşırıqları da yerinə yetirə bilirlər.Həm də bunun üçün insan kimi düşünə və uyğunlaşa bilən süni intellektdən istifadə edirlər.Hazırda bir robotun qiyməti 35 min dollar civarındadır, lakin yaxın illərdə bu məbləğin yarıbayarı azalacağı gözlənilir.
Çin hökuməti 2030-cu ilə qədər bu texnologiyanı geniş yaymaq və ölkəni qlobal liderə çevirmək istəyir.İnsanabənzər robotlar, xüsusilə yaşlı əhaliyə qulluq və ağır fiziki işlərdə böyük üstünlüklər vəd edir.
Ancaq bu inkişaf həm də bəzi narahatlıqları da gündəmə gətirir, məsələn, iş yerlərinin azalması. Bu səbəbdən ölkədə sosial təminat sistemlərinin gücləndirilməsi də müzakirə mövzusudur.Belə görünür ki, Çin robotlarla gələcəyin iş dünyasını yenidən yazmağa başlayıb. Bu dəyişiklik sadəcə fabriklərdə yox, gündəlik həyatımızda da hiss olunacaq.
Səbinə Uğur
"Cebheinfo.az"