Rusiya təhsil sistemini dəyişir

Rusiya təhsil sistemini dəyişir

Rusiyada orta təhsildən sonrakı təhsilə gedən yolu asanlaşdıran yeni qaydalar qüvvəyə minir.

"Cebheinfo.az" xəbər verir ki, Dövlət Duması 9-cu sinif şagirdlərinə orta məktəbi bitirmək və peşə məktəblərinə (kolleclərə) daxil olmaq üçün yalnız iki məcburi imtahan verməyə icazə verən qanunu təsdiqləyib.

Lakin 10-cu sinfə keçib ali məktəbə hazırlaşmaq istəyən tələbələr 4 imtahan verməlidirlər.

Bu imtahanlardan birində kəsilənlər 10-cu sinfə qəbul edilməyəcəklər.

Hələlik yalnız Moskva, Sankt-Peterburq və Lipetsk bölgələrində 2025 məzunları üçün etibarlı olan sistem müvəffəqiyyətli olarsa bütün ölkəyə yayılacaq.

Ali İqtisadiyyat Məktəbinin (HSE) professoru Danil Aleksandrov iddia edir ki, yeni sistem təhsilin keyfiyyətini aşağı salmayacaq.

Nigar Hacılı 
"Cebheinfo.az"