Ərdəbil valisi Azərbaycan səfiri ilə görüşdü

İranın Ərdəbil əyalətinin valisi Məsud Emami Azərbaycan Respublikasının Tehrandakı səfiri Əli Əlizadə ilə görüşüb.
Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, görüşdə prezident Məsud Pezeşkianın Bakıya son səfəri zamanı tərəflər arasında təsdiq olunmuş razılaşmalara toxunulub.
Ərdəbil valisi iki ölkənin gömrüyündə yük avtomobillərinin hərəkəti ilə bağlı problemlərin həllini və rəsmiləşdirmə prosesinin sürətləndirilməsini zəruri hesab edib.
Əli Əlizadə İran və Azərbaycan Respublikası arasında quru nəqliyyatının yenidən açılacağını vurğulayıb.
“Cebheinfo.az”