Kobaxidzedən Trampa açıq məktub: “Susqunluğunuz...”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vensə ünvanladığı açıq məktubda Vaşinqtonun iki ölkə arasında münasibətlərin yenidən qurulması perspektivləri ilə bağlı susmasından təəccübləndiyini bildirib.
“Cebheinfo.az”-ın məlumatına görə, Baş nazir ABŞ rəhbərliyinə məktubunu “Facebook” sosial şəbəkəsində paylaşıb.
“Bir neçə həftə əvvəl mən sizə Gürcüstan-Amerika münasibətləri haqqında yazmışdım. Yuxarıda qeyd olunan məktubdan əvvəl açıq şəkildə Gürcüstan-ABŞ strateji tərəfdaşlığını bərpa etməyə Gürcüstanın hazır olduğunu açıq şəkildə ifadə etdiyim ictimai bəyanatlarım var idi.
Lakin hələ də məktubumuza və ictimai açıqlamalarımıza cavab almamışıq. Üstəlik, Gürcüstan və Amerika hakimiyyəti arasında yüksək səviyyəli təmas hələ də baş tutmayıb.Bu susqunluq gürcü xalqını və Gürcüstan hakimiyyətini bir neçə səbəbdən təəccübləndirir” - Kobaxidze məktubunda belə qeyd edib.
Kobaxidzenin qeyd etdiyi kimi, Gürcüstan İraq və Əfqanıstanın qaynar nöqtələrində ABŞ-ı dəstəkləyərək, adambaşına düşən ən böyük qoşun kontingentini oraya göndərib.
Vaşinqtonun susmasının müəmmalı səbəbləri arasında Kobaxidze ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Demokratiya üçün Milli Dəstək (NED) kimi təşkilatların fəaliyyəti ilə bağlı iki ölkənin ümumi ritorikasını, həmçinin Ukrayna münaqişəsi və LGBT təbliğatına eyni qiymət verməsini bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”