Millimizin üzvü Marselo ilə görüşdü - FOTO

Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov Madrid “Real”ının akademiyasında təcrübə keçib.
“Cebheinfo.az” xəbər verir ki, o, ispan klubunun düşərgəsində madridlilərin əfsanələrindən olan Marselo ilə görüşüb.
R.Əmircanov bu barədə feysbuk hesabında paylaşım edib: “Real Madrid” akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşmaları, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar fərqlidir. Yaşlarının az olmasına baxmayaraq peşəkarlıqlarını gördüm”.
“Cebheinfo.az”