Silahlı hücum: 43 nəfər öldü

Silahlı hücum: 43 nəfər öldü

Nigeriyanın mərkəzində yerləşən Benue ştatında silahlı hücumlar nəticəsində ümumilikdə 43 nəfər həlak olub.

"Cebheinfo.az" xəbər verir ki, heyvandarlıqla məşğul olan Fulani fermerləri Benue əyalətinin Qcer Vest və Edikcu Akpali bölgələrində silahlı hücuma məruz qalıblar.

Hücum zamanı aralarında uşaqların da olduğu 43 nəfər ölüb, çoxsayda insan yaralanıb, bəzi evlər isə yandırılıb.

Nigar Hacılı 
"Cebheinfo.az"