Tramp: “Ərdoğan mənim çox yaxşı dostumdur”

Tramp: “Ərdoğan mənim çox yaxşı dostumdur”

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “çox yaxşı dost” adlandıraraq, Türkiyə ilə İsrail arasında hər hansı bir qarşıdurma gözləmədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, illik inflyasiyanın 4,2 faizə yüksəlməsi ilə bağlı suala cavab verən Tramp “İnflyasiyanı sevirəm” ifadəsini işlədib və enerji qiymətlərindəki artımı İranla bağlı müharibə ilə əlaqələndirib.

ABŞ Prezidenti Donald Tramp ötən gün Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.Ərdoğanın İsrailə dair açıqlamaları və Türkiyəyə “F-35” qırıcılarının satılıb-satılmayacağı ilə bağlı suala cavab verən Tramp bildirib:

“Ərdoğan mənim çox yaxşı dostumdur və birlikdə çox uğurla çalışmışıq. Onu çox sevirəm. O, qeyri-adi lider və güclü insandır”.Türkiyə ilə İsrail arasında mümkün qarşıdurma ehtimalı barədə danışan Tramp belə bir ssenarini real hesab etmədiyini vurğulayıb:

“Əgər belə bir şey eşitsəydim, ona zəng edər və hər şeyin qaydasında olduğuna əmin olardım”.Tramp əlavə edib ki, öz prezidentliyi dövründə Türkiyə ilə İsrail arasında qarşıdurma baş verəcəyinə inanmır: 

“Türkiyə ilə belə bir hadisənin yaşanacağını düşünmürəm. Ən azı mən prezident olduğum müddətdə bu baş verməz. Çünki o, mənə hörmət edir, mən də ona hörmət edirəm. Bundan əlavə, aramızda yaxşı dostluq münasibətləri var”.

Məhz ABŞ Prezidentinə Türkiyəyə “F-35” döyüş təyyarələrinin satışı ilə bağlı da sual ünvanlansa da, Tramp bu suala cavab verməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"