Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər
Azərbaycanın "kyokuşin (kay) senşi karate" üslubu üzrə yığması Polşanın Belostok şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcək.
Bu barədə Azərbaycan Karate Federasiyasından (AKF) bildirilib.
Yığma AKF-nin baş katibi Qabil Sayadovun və baş məşqçisi Fərhad Məmmədovun rəhbərliyi altında ölkəmizi nüfuzlu beynəlxalq yarışda təmsil edəcək.
"Cebheinfo.az"

