Putindən səs çıxmır: Tramp isə Paşinyanı təbrik etdi

Putindən səs çıxmır: Tramp isə Paşinyanı təbrik etdi

ABŞ Prezidenti Donald Tramp Baş nazir Nikol Paşinyanı “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qələbəsi münasibətilə təbrik edib. 

“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb:

“Nikol Paşinyanı Ermənistandakı milli seçkilərdə qətiyyətli qələbəsi münasibətilə təbrik edirəm. Onun yenidən seçilmək üçün namizədliyini dəstəkləməkdən çox qürur duydum.

Mən şübhə etmirəm ki, onun rəhbərliyi altında bu gözəl Ermənistan ölkəsi hər kəsin ən cəsarətli gözləntilərini aşaraq böyüklük və uğur zirvələrinə çatacaq!”, - deyə Tramp qeyd edib. 

Xatırladaq ki, Ermənistanın “strateji tərəfdaşı” Rusiya hələ də Paşinyanı təbrik etməyib, əksinə, Kreml seçki saxtakarlığı baş verdiyini iddia edib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”