Əraqçi ilə Kallas telefon danışığı aparıb

Əraqçi ilə Kallas telefon danışığı aparıb

İranın xarici işlər naziri Abbas Əraqçi Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallasla telefon danışığı aparıb.

APA-nın Tehran bürosunun xəbərinə görə, Əraqçi Kallasla ABŞ-ın İrandakı bəzi hədəflərə hücumlarından sonra regionda yaranmış son vəziyyəti müzakirə edib.

Əraqçi ABŞ-ın son hücumunu kəskin şəkildə pisləyib, bunu BMT Nizamnaməsinin və beynəlxalq hüququn açıq şəkildə pozulması adlandırıb.

O qeyd edib ki, bu addımlar atəşkəsi təsirsiz edir və bunun doğuracağı təhlükəli nəticələrə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Əraqçi BMT-yə üzv ölkələrin bu addımlar qarşısında susmasını tənqid edib.

O xəbərdarlıq edib ki, beynəlxalq səviyyədə passivlik regional və qlobal təhlükəsizliyin daha da pisləşməsinə səbəb olacaq.

"Cebheinfo.az"