Yaxın Şərqdə gərginlik: İsrail Livana zərbələr endirdi

Yaxın Şərqdə gərginlik: İsrail Livana zərbələr endirdi

İsrail aviasiyası iyulun 11-də Livanın cənubundakı bir neçə rayona zərbələr endirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RIA Novosti" agentliyi mənbəyə istinadən məlumat yayıb.

"İsrail aviasiyası səhər saatlarından Livanın cənubundakı bir sıra rayonlara zərbələr endirir", - deyə agentliyin həmsöhbəti bildirib. 

Mənbə dəqiqləşdirib ki, İsrail pilotsuz uçuş aparatları Kfar-Tibnit və Nəbatiyyə əl-Fauka yaşayış məntəqələrinin ətraflarına hücum edib, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri isə Nəbatiyyə şəhərinə zərbə endirib. Bundan əlavə, onun sözlərinə görə, İsrail ordusu Bint-Cbeyl və Hula yaşayış məntəqələrində evlərin və infrastruktur obyektlərinin bir neçə idarə olunan partladılmasını həyata keçirib.

Daha əvvəl ABŞ administrasiyası İsrail tərəfindən işğal olunmuş Livan ərazilərinə nəzarətin ABŞ qüvvələrinin koordinasiyası ilə Beyruta qaytarılması barədə qərar qəbul edib. Bildirilir ki, ABŞ yaxın vaxtlarda Livanın bu ərazilərdə suverenliyini bərpa etməsinə kömək məqsədilə beynəlxalq məsləhətləşmələrə başlayacaq.(Oxu.az)

"Cebheinfo.az"