Kərim Adeyemi "Barselona" ilə müqavilə bağlayacaq
Almaniya millisinin və Dortmund "Borussiya"sının hücumçusu Kərim Adeyemi "Barselona" ilə müqavilə imzalayacaq.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
24 yaşlı forvard artıq "Barselona"nın baş məşqçisi Hans-Diter Flik ilə söhbət edib. Transferin məbləği 22 milyon avro təşkil edəcək, daha 7 milyon avro bonuslar şəklində nəzərdə tutulub.
Qeyd edək ki, K.Adeyemi 2022-ci ildən Dortmund "Borussiya"sında çıxış edir. O, bu müddətdə komandada 146 matç keçirib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib. Futbolçunun dortmundlularla müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq.
"Cebheinfo.az"

