Naxçıvan-Sədərək magistralında maşın yandı

Naxçıvan-Sədərək magistralında maşın yandı

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan-Sədərək magistral avtomobil yolunun Kəngərli rayonu ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatla əlaqədar dərhal Kəngərli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Avtomobildə baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin elektrik qoruyucu şiti, kapot hissəsi və 1 ədəd sol təkəri yanıb.

"Cebheinfo.az"