Dərman zəhərlənmələri nə zaman baş verir?
Dərman zəhərlənməsi əsasən dərmanın normadan artıq qəbul edilməsi və ya səhv istifadə olunması nəticəsində yaranır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bəzən müxtəlif dərmanların birlikdə qəbulu onların təsirini gücləndirərək təhlükəli vəziyyət yarada bilər.
Həkim məsləhəti olmadan dərman istifadə etmək də zəhərlənmə riskini artırır. Uşaqlarda isa dərmanların ehtiyatsızlıqdan qəbul edilməsi tez-tez rast gəlinən səbəblərdəndir.
Belə hallarda vaxt itirmədən təxirəsalınmaz tibbi yardıma. müraciət etmək vacibdir.
Gülər
"Cebheinfo.az"

