Antalya COP31 Zirvəsinə hazırlaşır
Qlobal iqlim siyasətlərinin qiymətləndirildiyi və birgə qərarların qəbul edildiyi İqlim Zirvəsi (COP31) bu il 9-20 noyabr tarixləri arasında Antalyada keçiriləcək.
Türkiyənin ev sahibliyi etdiyi bu böyük tədbir üçün Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və Antalya Valiliyinin koordinasiyası altında Antalya Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi üzrə Vilayət Müdirliyində COP31 Ofisi yaradılıb.
COP31 Ofisi əsasən təhlükəsizlik, nəqliyyat, səhiyyə, yaşayış və logistika kimi bir çox müxtəlif başlıqlar altında intensiv iş aparır.
EXPO 2016-nın Aksu qəsəbəsində keçirildiyi ərazidə COP31-ə hazırlıqlar diqqətlə aparılır.
Zirvə iki əsas hissədən ibarət olacaq - dövlət başçıları üçün "Mavi Zona", vətəndaşlar və vətəndaş cəmiyyəti təşkilatları üçün "Yaşıl Zona".
Bu zonalara VIP dayanacaq, helikopter meydançası, yeni yol ötürücüsü, əsas giriş və protokol giriş sahələri, Prezident Aparatı, ikitərəfli görüş otaqları, Birləşmiş Millətlər Təşkilatının Ofisi, foye sahələri, ümumi toplantı zalları, tədbir sahələri, yemək, içki obyektləri, media və kompüter mərkəzi daxil olacaq.
Zirvə toplantısında bir çox dünya liderinin, ekspertlərin, vətəndaş cəmiyyəti təşkilatlarının və gündə təxminən 100 000 ziyarətçinin iştirakı gözlənilir.
Tədbirdə 196 ölkədən liderlər və nümayəndələr iştirak edəcək.
Nigar
"Cebheinfo.az"

