"Atletiko" Morten Yulmannı transfer edib

"Atletiko" Morten Yulmannı transfer edib

Portuqaliyanın "Sportinq" klubunun yarımmüdafiəçisi Morten Yulmann "Atletiko"ya (İspaniya) keçib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Danimarka yığmasının 27 yaşlı üzvü ilə 2031-ci ilin iyununa kimi müqavilə bağlanıb.

Bu keçidin 40 milyon avroya başa gəldiyi bildirilir.

Morten Yulmann 2023-cü ildən "Sportinq"də oynayırdı. O, Lissabon klubunda 141 matç keçirib, 10 qol vurub və 12 məhsuldar ötürmə edib.

"Cebheinfo.az"