Türkiyənin Azərbaycana metal ixacından qazancı 6 %-dən çox artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 65,724 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,3 % çoxdur.
Təkcə iyunda isə Türkiyə Azərbaycana 10,022 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 19 % azdır.
Yanvar-iyun aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 11,7 % artaraq 7,205 milyard ABŞ dollarına, iyun ayında isə 40,7 % artaraq 1,362 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 854,055 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,3 % çox), İtaliya 577,907 milyon ABŞ dolları (+6,1 %) və Bolqarıstan 469,025 milyon ABŞ dolları (+44,1 %) dəyərində həyata keçirib.
"Cebheinfo.az"

