Cənazə namazına milyonlar toplaşdı

Cənazə namazına milyonlar toplaşdı

İranın mərhum ali lideri Ayətullah Əli Xameneyinin dəfn mərasiminin keçirildiyi Tehranda milyonlarla insan onun ölümünün qisasını tələb edən şüarlar səsləndirərək dəfn namazına toplaşıb.

“Cebheinfo.az” xəbər verir ki, bazar günü əsas tədbir ölkənin ən böyük dini kompleksi olan Tehranın “Böyük Müsəlla”sında cənazə namazı olub. İran hakimiyyətinin məlumatına görə, burada milyonlarla insan toplaşıb. Mərasimdən bir neçə saat əvvəl kompleksin içi və ətraf küçələr ibadət edənlərlə dolub.

Mərasim zamanı toplaşanlar Əli Xameneyinin ölümündə günahkar bilinənlərin cəzalandırılmasını tələb edən plakatlar qaldırıb və şüarlar səsləndiriblər.

Cənazə namazı vida mərasiminin bir hissəsidir. Əli Xameneyi ilə yanaşı, onunla birlikdə həlak olan ailəsinin dörd üzvü də yad edilir.

Xəzər
“Cebheinfo.az”