Kursk vilayətində yük maşınına dron hücumu: Sürücü yaralanıb
“Ukrayna ordusuna məxsus dron Kursk vilayətinin sərhəd bölgəsində yük maşınına hücum edib və nəticədə 39 yaşlı sürücü çoxsaylı bədən xəsarətlər alıb”.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn məlumat yayıb.
Onun sözlərinə görə, hadisə Rılsk şəhərində baş verib:
“Hücum nəticəsində 39 yaşlı kişi beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə-beyin travması, həmçinin baş və sağ qol nahiyəsində qəlpə yaraları alıb".
Əhməd
"Cebheinfo.az"

