Yermak ABŞ-yə getdi

Yermak ABŞ-yə getdi

Ukrayna prezidentinin Ofisinin rəhbəri Andrey Yermak ABŞ-yə səfərə yollanıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “RBK-Ukraina” yayıb. 

Bununla belə, səfərin detalları açıqlanmayıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski dünən bildirib ki, Ukrayna iqtisadi və müdafiə sahəsində sazişlərə dair ABŞ ilə danışıqlar aparır. Onun sözlərinə görə, Ukrayna, həmçinin ABŞ-yə azad ticarət barədə saziş təklif etmək istəyir.

"Cebheinfo.az"