"28 May" stansiyasında tələbə qatar yoluna DÜŞDÜ

"28 May" stansiyasında tələbə qatar yoluna DÜŞDÜ

Səhər saatlarında Bakı metrosunun "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, qatar stansiyaya çatmamış dayandırılıb.

Gənc stansiyanın əməkdaşları tərəfindən xilas edilib.

Məlumatı "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov təsdiqləyib.

O qeyd edib ki, gəncin tələbə bileti stansiya yoluna düşüb.

"O, stansiya yolundan bileti götürüb və çıxıb. "Bakı Metropoliteni" QSC-nin qaydalarına uyğun olaraq, gənc polisə təhvil verilib", - açıqlamada bildirilib.

"Cebheinfo.az"