Şamaxıda üçüncü zəlzələ: Əhali hiss etdi...

Pirqulu stansiyasından 15 km şimal-şərqdə Şamaxı və Xızı rayonlarında 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublİka Seysmoloji Xİdmət Mərkəzindən məlumat verilib.
Zəlzələ episentrdə 4 bal, Şamaxı və Xızı rayonlarının episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.
Qeyd edək ki, yerli vaxtla 10:18-də qeydə alınmış yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib.
Xatırladaq ki, bu gün Şamaxı rayonunda yerli vaxtla 06:40-da, ötən gün isə bir neçə dəfə yeraltı təkanlar olub.
"Cebheinfo.az"