Sumqayıtda avtomobil vuran qadının vəziyyəti açıqlandı

Sumqayıtda avtomobil vuran qadının vəziyyəti açıqlandı

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Ramil Zeynallı Oxu.Az-a açıqlamasında bildirib ki, xəstənin vəziyyəti orta ağırdır.

"Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 18 iyun, saat 00:50-də Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1970-ci il təvəllüdlü şəxs (qadın cinsli) hospitalizasiya olunub.

Qasıq sümüyünün sınığı diaqnozu təyin edilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - deyə R.Zeynallı bildirib.

02:36

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.

"Cebheinfo.az" "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Sonata" markalı avtomobil yolu keçmək istəyən piyadalar - Xalidə İbadulla qızı Cabbarovanı və Yeganə Ağacan qızı Əmrahovanı vurub.

Xalidə Cabbarova aldığı xəsarətlərdən hədisə yerində keçinib.

Ağır bədən xəsarətləri alan Yeganə Əmrahova isə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"