Karyerasını bitirən sabiq qapıçı “Vilyarreal”la anlaşıb

Karyerasını bitirən sabiq qapıçı  “Vilyarreal”la anlaşıb

Ötən ay karyererasını başa vuran İspaniya yığmasının sabiq qapıçısı Pepe Reyna “Vilyarreal”la anlaşıb.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

42 yaşlı keçmiş qolkiper 2025/2026 mövsümündən etibarən klubun U-19 komandasının baş məşqçisi olacaq.

Qeyd edək ki, P.Reina karyerası ərzində “Vilyarreal”la yanaşı “Liverpul”, “Aston Villa” (hər ikisi İngiltərə), “Bavariya” (Almaniya), “Napoli”, “Milan”, “Latsio” (hamısı İtaliya) və “Barselona”nın (İspaniya) formasını da geyinib. O, İspaniya millisnin heyətində 2012-ci ildə Ukrayna və Polşada keçirilən Avropa çempionatının da qalibi olub.

"Cebheinfo.az"