Montella Türkiyə millisində qalacaq

Montella Türkiyə millisində qalacaq

Türkiyə Futbol Federasiyası yığma komandanın baş məşqçisi Vinçenzo Montellanın müqaviləsini uzadacaq.

Bu barədə “Fanatik” nəşri məlumat yayıb.

Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi postuna təyin olunub.

Təcrübəli çalışdırıcı yığma ilə ümumilikdə 23 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 12 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

 "Cebheinfo.az"