İtaliya klubu qapıçısı ilə müqavilə müddətini uzadıb

İtaliyanın "Napoli" klubu qapıçısı Aleks Meret ilə müqavilə müddətini uzadıb.
"Cebheinfo.az" xəbər verir ki, yeni anlaşma 2027-ci ilin yayına qədər qüvvədə olacaq.
28 yaşlı italiyalı qolkiper 2018-ci ildən "Napoli"də çıxış edir. O, neapolluların heyətində 212 oyun keçirib, 73 dəfə qapısını toxunulmaz saxlayıb.
Aleks Meret klubun tərkibində iki dəfə İtaliya çempionu, bir dəfə isə ölkə kubokunun qalibi olub.
"Cebheinfo.az"