Beyninə qan sızan aktyordan XƏBƏR VAR

Beyninə qan sızan aktyor Vüsal Murtuzəliyev sabah xəstəxanadan evə buraxılacaq.
Bu barədə "Report"a aktyorun bacısı Dilarə Əliyeva məlumat verib.
Onun sözlərinə görə, Vüsal Murtuzəliyevin səhhəti yaxşıdır:
"Düşünürəm ki, sabah xəstəxanadan evə aparacağıq", - o əlavə edib.
Xatırladaq ki, Vüsal Murtuzəliyev iyulun 19-u xəstəxanaya yerləşdirilmişdi. Ona dəqiqləşdirilməmiş beyindaxili qansızma diaqnozu təyin edilmişdi.
"Cebheinfo.az"