NBA çempionu evdən qovulub

NBA çempionu evdən qovulub

NBA çempionu və "Los-Anceles Leykers"in keçmiş basketbolçusu Lamar Odom xoşagəlməz hadisə ilə üzləşib.

Oxu.Az "New York Post"a istinadən xəbər verir ki, keçmiş basketbolçu aylıq 45 min dollar kirayə haqqını ödəmədiyi üçün Los-Ancelesdə yaşadığı evdən qovulub.

Belə ki, ev sahibi şikayət nəticəsində sabiq basketbolçunu evindən çıxarmağa nail olub.

Xatırladaq ki, Odom aktiv oyunçu karyerasını başa vurduqdan sonra bir neçə dəfə müxtəlif asılılıqlardan müalicə olunub, qeyri-qanuni maddələrdən istifadə etdiyi üçün klinik ölüm də keçirib. Lamar karyerası ərzində "Leykers"lə yanaşı, "Los-Anceles Klippers", "Mayami Hit", "Dallas Maveriks" komandalarında da oynayıb. 2011-ci ildə liqanın ən yaxşı altıncı oyunçusu mükafatını alıb.

"Cebheinfo.az"