Nurlan Ordubadlı “Qarabağ”a mahnı həsr edəcək - EKSKLÜZİV

Tanınmış müğənni Nurlan Ordubadlı sürpriz mahnı üzərində çalışır.
O, bu barədə “Cebheinfo.az”-a eksklüziv açıqlama verib.
Vətənpərvər ruhda oxuduğu mahnıları tanınan sənətçi “Qarabağ” Futbol Klubuna mahnı həsr etməyə hazırlaşır:
“İlk dəfə futbolla bağlı mahnı üzərində çalışıram. Uzun illərdir ölkəmizi Avropada uğurla təmsil edən “Qarabağ”a mahnı həsr etmək istəyirəm. Bu, Ağdam təmsilçisinə və onun azarkeşlərinə çempionluq həddiyəm kimi də qiymətləndirilə bilər. Hər zaman vətənpərvər ruhda mahnılar yazmışam. İndi də avrokuboklarda üç rəngli şanlı bayrağımızı qürurla dalğalandıran klubumuz haqqında oxumağı hədəfləyirəm. İnşallah, “Yaşa Azərbaycan” kimi çox sevilən bir mahnı ərsəyə gətirəcəyəm”.
Elmir Mustafa
“Cebheinfo.az”