Qızıl və gümüşün qiyməti yenidən artdı

Qızıl və gümüşün qiyməti yenidən artdı

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən artıb.

"Cebheinfo.az" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1.47% artaraq 3 371 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə artaraq 2.57% artaraq 33,31 ABŞ dollarına yüksəlib.

"Cebheinfo.az"