"Telegram"-a yeni funksiya gəlib

OS 11.13 (30945) üçün "Telegram"-ın "Beta" versiyası tapşırıq siyahıları yaratmaq imkanı təqdim edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə məlumat "Beta info"da qeyd olunub.
Bildirilib ki, hər siyahıda 30-a qədər maddə ola bilər. Funksiya həm şəxsi söhbətlərdə, həm də qruplarda mövcuddur.
Funksiya hazırda sınaq mərhələsindədir və son versiya buraxılana qədər dəyişdirilə bilər.
Android üçün "Telegram"-ın beta versiyasında tapşırıq siyahılarının nə vaxt görünəcəyi məlum deyil.
Bütün mümkün platformalarda messencerin stabil versiyasında funksiyanın tətbiq olunma tarixi də məlum deyil.(BAKU.WS)
"Cebheinfo.az"