Solovyov yenə Azərbaycana qarşı hörmətsizlik etdi

Solovyov yenə Azərbaycana qarşı hörmətsizlik etdi

Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”-də Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, rusiyalı teleaparıcı Vladimir Solovyov Azərbaycanın ərazi bütövlüyü əleyhinə fikirlər səsləndirib.

Belə ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanı müdafiəsinə qalxan Solovyov Ermənistanın Baş nazirinin ünvanına təhqirlərlə dolu emosional çıxış edib.

O, bir neçə dəfə Qarabağda ləğv edilmiş qondarma rejimin adından istifadə edərək ermənilərə “Artsaxın taleyini” vəd edib.

Qeyd edək ki, “Rossiya 1”-in efirində, eləcə də şəxsən Solovyov tərəfindən Azərbaycana qarşı analoji hallar dəfələrlə baş verib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”