Şimal-Qərb bölgəsində yeni layihəyə start verildi

Şimal-Qərb bölgəsində yeni layihəyə start verildi

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva QHT.az-a bildirmişdi ki, İctimai Birlik Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hibrid təhdidlərə qarşı yerli mediada iş" layihəsinə start verib.

Layihə 3 ay müddətində Zaqatala, Qax və Balakən rayonlarında həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici dairələrin, xüsusilə Ermənistanın arxasında dayanan ölkələrin qəbul etdikləri qərarlar, qətnamələr və açıqlamalar verməsini, ölkəmizə qarşı çirkin oyunların hələ bitmədiyini, onların qarayaxma, iftira və böhtan kampaniyalarının  məqsədini yeniyetmə və gənclərə izah etmək, onları ayıq-sayıq olmağa təhrik etməkdir.

Dünyada baş verən hadisələrdən aydın oldu ki, Qərb müəllifi olduğu “yeni dünya nizamı” çərçivəsində ənənəvi hibrid təhdidlərlə beynəlxalq münasibətləri özü istədiyi kimi formalaşdırmağa və istiqamətləndirməyə çalışır.

Hibrid təhdidlərin strategiyasında informasiya müharibəsi, kiberhücumlar əsas yer tutur. Dezinformasiyalar yaymaq yolu ilə vətəndaşların dövlət institutlarına, mediaya inamının sarsıdılmasına, məlumatların manipulyasiyasına yönəldilir. Bu məqsədlə mediadan, sosial şəbəkələrdən təbliğat platforması olaraq istifadə edilir. Milli kimliklə, adət-ənənələrlə uzlaşmayan yad dəyərlərin yayılmasına çalışılır.  Hibrid təhdidlərə qarşı  mübarizə  və  əsaslı dəyişiklik üçün biz  bu layihəni vacib saydıq.

İnsan müəyyən təcrübə qazanmadan uğura imza ata bilməz, insanın nkişafı məqsədyönlü fəaliyyətdən asılıdır, bu onu lazımi  bacarıqlarla təmin edir.  Yeniyetmə və gənclər əvvəlki dövrlərlə müqayisədə hazırda hibrid təhdidlərin miqyasının  genişlənməsini biləcək. Bunun əsas səbəbləri ilə tanış olacaqlar. İnformasiya, kibersistemlər sahəsinin hibrid təhdidlər üçün yeni imkanlar yaratması barədə benefisarlara geniş məlumat veriləcək. Gənclər  milli mənəvi dəyərləri qorumağın vacibliyini dərk edəcək.

"Cebheinfo.az"